“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın üzvü Filipe Koutinyonun adının “Barselona” ilə birgə hallanmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin satılmayacağını bildirib:
"Əgər maddi cəhətdən baxsaq, onun üçün qəbul edə biləcəyimiz bir məbləğ yoxdur. Bizim hədəfimiz ən yaxşı heyəti qurmaqdır və oyunçularımızı saxlayıb, aralarına yenilərini əlavə etməkdir. Bəli, planetdə heç bir futbolçu toxunulmaz deyil, lakin transferləri etmək üçün imkanınız olmalıdır. "Liverpul" oyunçu satmaq üçün yaranan bir klub deyil. Ona görə də satmaq istəmədəyimiz biri üçün onların verdiyi məbləğ bizi maraqlandırmır".
Qeyd edək ki, “Liverpul” son olaraq 25 yaşlı oyunçu üçün bonus da nəzərə alınmaqla 100 milyon avroluq təklifi geri çevirib.
saytlarin hazirlanmasi