“Mançester Siti”in şərəfini qoruyan İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb.
Sportal.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər”in İspaniya “Jirona”sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Uotford”la Premyer Liqa matçında sağ dizinin bağlarının zədələnməsindən sonra cərrahiyə əməliyyatına məruz qalmışdı.
saytlarin hazirlanmasi