"Arsenal"ın səhimlərini aldıqdan sonra birinci işim Vengeri qovmaq olacaq"

15:40 - 18 Avqust 2017

Afrikanın ən zəngin adamı olan nigeriyalı milyarder Aliko Danqote "Arsenal" fanatı olduğunu və London klubunu almaq istədiyini açılayıb.

 

Sportal.az xəbər verir ki, Danqote klubu aldıqdan sonra ilk hədəfinin komandanın baş məşqçisi Arsen Vengeri qovmaq olduğunu bildirib: "Klubun səhimlərini aldıqdan sonra birinci işim Arsen Vengeri postundaq qovmaq olacaq. O, "Arsenal"da yaxşı işlər görüb, amma vaxtı çatıb. Bura başqa biri gəlməli və şansını sınamalıdır".

 

Qeyd edək ki, Danqote klubun amerikalı sahibi Stan Kroenke və rusiyalı sahibi Alişer Usmanovla görüşdüyü qeyd edilir.

Xəbər xətti