"Mançester Yunayted"lə müqaviləsi başa çatan Zlatan İbrahimoviçin karyerasını harada davam etdirəcəyi rəsmən müəyyənləşib.
Sportal.az xəbər verir ki, 35 yaşlı forvard 1 mövsüm də "qırmızı şeytanlar"ın uğurları üçün tər tökəcək. İsveçli qolçu Premyer Liqa təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, İbrahimoviç ötən mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 46 rəsmi matçda 28 qolla yadda qalmışdı.
saytlarin hazirlanmasi