“Sumqayıt”ın əvəzedici heyəti növbəti mövsüm üçün hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gündə 2 dəfə olmaqla məşq edir.
Baş məşqçi Elbrus Məmmədov əvəzedicilərin hazırlıq planı ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib:
“2 günlük fiziki hazırlıq çalışmalarının ardından məşqlərə start verdik. Hazırlıq prosesimiz plan üzrə davam edir. Heyətimizdə yeni mövsüm üçün bəzi dəyişikliklər olacaq. Belə ki, ötən mövsümdəki heyətdən təxminən 15-ə yaxın futbolçu qalacaq. Məşqlərimizlə yanaşı seleksiya işləri də davam edir, heyətə yeni futbolçular cəlb olunacaq. Hazırlıq prosesi müddətində 5 yoxlama görüşü keçirəcəyik. İyulun 18-də Region Liqası təmsilçisi “Tufan”, 21-də “Səbail”, iyulun 25-də və avqustun 1-də isə “Keşlə”nin əvəzedici komandaları ilə qarşılaşacağıq. Sonuncu yoxlama görüşü üçün axtarışlarımız davam edir. Əlimizdən gələni etməyə çalışacağıq ki, mövsümün startına komandanı tam hazır vəziyyətə gətirək".
saytlarin hazirlanmasi