"Qarabağ"ın Sloveniya "Olimpiya"na qarşı keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra iki gün ərzində alınıb.
Qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
İyulun 18-də keçiriləcək “Qarabağ” - “Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi