"Heç kim PSV-ni düşünmür. Bizim böyük üstünlüyümüz yoxdur".
Sportal.az xəbər verir ki, bu sözləri BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun deyib. 30 yaşlı yarımmüdafiəçi ÇL-in III təsnifat mərhələsində "Qarabağ"a qarşı evdə keçirəcəkləri görüş barədə danışıb. İlk qarşılaşmada yeganə qolla komandasına qələbə qazandıran belaruslu futbolçu cavab görüşünə fərqli taktika ilə çıxacaqlarını deyib:
"Bizi çətin cavab oyunu gözləyir. Ümid edirəm ki, Borisovdakı oyunda həm müdafiə, həm də hücumda yaxşı oynayacağıq. Bakıda olduğu kimi, evdə də asan olmayacaq. Biz yavaş-yavaş irəliləyirik".
Qeyd edək ki, BATE - "Qarabağ" oyunu avqustun 14-də baş tutacaq. İlk oyunda Borisov klubu Stanislav Draqunun qoluyla 1:0 hesabı ilə qalib gəlib.
Əlavə edək ki, bu cütün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə görüşəcək.
saytlarin hazirlanmasi