BATE - "Qarabağ" oyununa böyük maraq

17:59 - 13 Avqust 2018

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, 13 min 126 nəfərlik azarkeş tutumuna sahib “Borisov Arena”da keçiriləcək qarşılaşmaya bilet satışı davam edir.

 

BATE - “Qarabağ” matçına ən baha bilet 15 Belarus rublu (12,36 azn) təşkil edir. Ən ucuz bilet isə 6 rubldur.

 

Oyuna böyük maraq olduğu qeyd edilir.

 

BATE - "Qarabağ" matçı sabah saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

Xəbər xətti