Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Belarusun BATE klubu "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Borisov təmsilçisi sözügedən oyunun hazırlıqlarını tamamlayıb. Komanda Aleksey Baqanın rəhbərliyi altında matçın keçiriləcəyi "Borisov Arena"da son məşqini keçirib.
Qeyd edək ki, BATE - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə 21:00-da baş tutacaq. Cütün ilk görüşündə BATE 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi