PSV-nin kapitanı: "Pley-offdakı rəqibin fərqi yoxdur"

12:22 - 14 Avqust 2018

"BATE ilk oyunda səfərdə qalib gəlib. Buna görə də rəqibimiz Belarus təmsilçisi ola bilər. Pley-off hansı komanda ilə qarşılaşacağımız bəlli olduqdan sonra buna uyğun çalışacağıq. Bizim üçün komandaların fərqi yoxdur".

 

Sportal.az xəbər verir ki, bu sözləri PSV-nin hücumçusu Luk de Yonq deyib. Hollandiya təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - PSV cütünün qalibi ilə qarşılaşacaq. 27 yaşlı kapitan son zamanlar Hollandiya klublarının avrokuboklardakı zəif çıxışını qabardıb:

 

"Hollandiya futbolu üçün çox utancverici haldır ki, reytinq xalı qazanmırıq. Bizim Avropada təcrübəmiz var, Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. Əlbəttə, hazırda rəqibimizi gözləyirik. Ümid edirəm ki, "Ayaks" da "Standart" səddini keçəcək və qrup mərhələsinə kimi irəliləyəcək. Bu, Hollandiya futbolu üçün çox vacibdir".

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 21 və ya 22-də (Azərbaycan və ya Belarusda), cavab matçı isə 1 həftə sonra Hollandiyada keçiriləcək.

 

Əlavə edək ki, BATE Bakıda baş tutan oyunda "Qarabağ"a 1:0 hesabl ilə qalib gəlib. Cütün cavab oyunu bu gün Bakı vaxtı ilə 21:00-da "Borisov Arena"da baş tutacaq.

Xəbər xətti