BATE - "Qarabağ" matçında anşlaq

13:13 - 14 Avqust 2018

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, 13 min 126 nəfərlik azarkeş tutumuna sahib “Borisov Arena”da keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Oyuna çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda satışda 1500 biletin qaldğı bildirilir.

 

BATE - “Qarabağ” matçına ən baha bilet 15 Belarus rublu (12,36 azn) təşkil edir. Ən ucuz bilet isə 6 rubldur.

 

Sözügedən görüş bu gün saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

Xəbər xətti