BATE-nin futbolçusu: "Qarabağ"lı futbolçular çox kobud və olduqca sərt oynayırdılar"

00:12 - 15 Avqust 2018

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyundan sonra BATE-nin müdafiəçisi Eqor Filipenko fikirlərini bölüşüb:

 

"Əlbəttə, çətin idi. Hər şeyo özünüz də gördünüz. Amma bu mərhələnin oyunları asan olmur. Əsas odur ki, pley-offa yüksəldik. Çox sevinirik".

 

30 yaşlı futbolçu Ağdam klubunun futbolçularının sərt və kobud oynadıqlarını vurğulayıb: "Rəqib çox həyəcanlı idi. Bəzən də çox kobud və olduqca sərt idilər. Əsəbi halda oynayırdılar. Buna görə də azlıqda qaldılar. Hücumçularının meydanda qovulması son dəqiqələrdə işimizə xeyri oldu. Bir az rahat olduq. Biz qırmızı vərəqə verilməsi üçün etiraz etdik və hakim də ədalətli qərar verdi".

 

Belarus millisinin üzvü pley-off şanslarından danışıb: "PSV ilə oyunlarda sərbəst olmalıyıq. Bizim üçün rahat olmayacaq".

 

Xəbər xətti