BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan sonra BATE-nin yarımmüdafiəçisi Yevgeni Yablonski fikirlərini bölüşüb:
"Biz nəticədən tam məmnunuq. Məqsədimiz pley-offa yüksəlmək idi. Bu işimizi tamamladıq. Davam etməliyik. "Qarabağ"la hər iki oyun kifayət qədər ağır oldu. Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq".
23 yaşlı futbolçu pley-off mərhələsində PSV-yə qarşı keçirəcəyi oyunlardan danışıb:
"Hər iki oyun çətin olacaq. Ancaq daha öncə də üst səviyyəli komandalarla görüşmüşük. Belə oyunların təcrübəsini qazanmışıq. Əsas öz oyunumuzu göstərməkdir. Oyunda düzgün strategiya qurmalıyıq."
saytlarin hazirlanmasi