UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, baş tutan 10 cavab qarşılaşmasından sonra ÇL-in pley-off mərhələsinə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəlib.
Azərbaycan çempionu “Qarabağ” da növbəti mərhələyə vəsiqə uğrunda ilk oyunda minimal hesabla uduzduğu Belarus BATE-si ilə mübarizə aparıb. Lakin Ağdam klubu ÇL-də mübarizəni dayandırmalı olub.
Türkiyənin “Fənərbaxça” klubu da “Benfika” ilə mübarizədən qalib ayrıla bilməyib və ÇL-lə vidalaşıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
"Dinamo" (Kiev) - "Slaviya" (Praqa) - 2:0 (ilk oyun: 1-1)
Qollar: Verbiç, 11, Biesiedin, 74
BATE - "Qarabağ" - 1:1 (ilk oyun: 1-0)
Qollar: İvanic, 20 // Miçel, 54
"Spartak" - PAOK - 0:0 (ilk oyun: 2-3)
AEK - "Seltik" - 2:1 (ilk oyun: 1-1)
Qollar: Qalo, 6, Livaya, 50 - Sinkler, 78
"Dinamo" (Zaqreb) - "Astana" - 1:0 (ilk oyun: 2-0)
Qol: Qavranoviç, 74
"Fənərbaxça" - "Benfika" - 1:1 (ilk oyun: 0-1)
Qollar: Potuk, 45 // Fernandes, 26
"Videoton" - "Malmö" - 0:0 (ilk oyun: 1-1)
"Şkendiya" - "Zaltsburq" - 0:1 (ilk oyun: 0-3)
Qol: Minamino, 90
"Ayaks" - "Standart" - 3:0 (ilk oyun: 2-2)
Qollar: Huntelaar, 30, De Liqt, 34, Neres, 76
"Spartak" (Trnava) - "Srvena Zvezda" - 1:2 (Əlavə vaxt) (ilk oyun: 1-1)
Qollar: Bakoş, 6 // Nabuhane, 7, Radonyiç, 98
saytlarin hazirlanmasi