BATE "Qarabağ"ı pley-offa "yüksəltdi" FOTO

14:25 - 16 Avqust 2018

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran BATE pley-offda Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Borisov təmsilçisi avqustun 21-də keçiriləcək görüşün afişasını sosial şəbəkə hesabında paylaşıb. Maraqlıdır ki, fotoda PSV-nin loqosu qoyulsa da, qeyddə pley-offdakı rəqib "Qarabağ" göstərilib.

 

Qeyd edək ki, BATE "Qarabağ"ı Bakıda 1:0 hesabıyla məğlub etmişdi, evində isə heç-heçə etmişdi (1:1).

 

Xəbər xətti