"BATE və "Qarabağ" eyni səviyyədə olan iki klubdur. Belarus və Azərbaycan çempionatarında böyük fərq yoxdur".
Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran BATE-nin baş məşqçisi Aleksey Baqa deyib. 37 yaşlı mütəxəssis Ağdam klubunu səhvlərinə görə məğlub etdiklərini bildirib: "Vurdğumuz hər iki qol "Qarabağ"ın səhvindən sonra oldu. Bundan başqa qol şanslarımız oldu. Müdafiədə yaxşı çıxış etdik".
Baqa "Qarabağ"ı və komandanın baş məşqçisi Qurban Qurbanovu tərifləyib: "Qarabağ"la BATE-nin büdcəsi və tarixində böyük fərq yoxdur. "Qarabağ"da məşqçi işi göz önündədir. Sanballı və ciddi komanda ilə qarşılaşdıq. Minskdə PRO kateqoriyasında azərbaycanlı mütəxəssislərlə birgə olmuşam. Onlar Qurbanovu tərifləyiblər. Qurban Qurbanov güclü məşqçidir, komandası nəticə qazanır. Deyirdilər ki, "Qarabağ" yeni oyunçuların gəlişindən sonra balanslaşmayıb, amma mən belə şeyə görmədim. Məşqçinin işi görünür".
Qeyd edək ki, BATE pley-offda PSV ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi