Millətlər Liqasında yeni mövsümün təqvimi – UEFA açıqladı

UEFA Millətlər Liqasında növbəti (2020-2021) mövsümün təqvimini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, millimiz Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San-Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq.

 

Qeyd edək ki, növbəti mövsümün püşkatma mərasimi isə 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.

 

Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi

 

Qrup mərhələsi

 

1-ci tur: 3-5 sentyabr 2020-ci il

 

2-ci tur: 6-8 sentyabr 2020-ci il

 

3-cü tur: 8-10 oktyabr 2020-ci il

 

4-cü tur: 11-13 oktyabr 2020-ci il

 

5-ci tur: 12-14 noyabr 2020-ci il

 

6-cı  tur: 15-17 noyabr 2020-ci il

 

Final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. Avro-2020-nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.

Tarix: 21 Noyabr [17:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio