"Neftçi"dən sürpriz transfer planı

23:04 - 26 Dekabr 2018

“Neftçi” “Şerif”in aparıcı üzvü Ziqi Badibanqanı heyətinə qatmaq istəyir. 

 

Sportal.az xəbər verir ki, paytaxt klubu hücum xəttində alternativlərin çox olmasını arzulayır. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin sabiq klubundan tanıdığı futbolçunun yenidən sərəncamında olmasına müsbət yanaşır. Sadəcə, belçikalı futbolçu "Şerif"də yüksək əmək haqqı alır. 27 yaşlı hücumçunu qane edəcək məbləğ təklif olunsa, futbolçu Bakıya gəlməyə razılaşacaq.

 

Qeyd edək ki, Badibanqanın "Şerif"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, Tiraspol klubunda Bordinin rəhbərliyi altında çıxış edib.

Xəbər xətti