"Atletiko"nun keçmiş futbolçusu: "Azərbaycan karyeram mənim üçün bir təcrübə idi"

İspaniyanın "Rasinq" klubunun "Numansiya"dan icarəyə götürdüyü Alberto Noquera "Eldiario" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Bakı"nın 29 yaşlı sabiq yarımmüdafiəçisi Azərbaycanda keçirdiyi günləri də yada salıb:

 

"Azərbaycan karyeram mənim üçün bir təcrübə idi. “Bakı”da "Atletiko"nun B komandasında məşqçim olmuş Milinko Pantiçin rəhbərliyi altında oynayırdım. "Atletiko"nun azərbaycanlı sponsoru ilə razılığa gəldim. Pantiç çox israr etdikdən sonra məni inandırdı. Azərbaycana getməklə bağlı qərar verərkən uğur qazanıb-qazanmayacağımı deyə bilməzdim. Oranın futbolu İspaniyadan tamamilə fərqlənir. Mənə asan deyildi. Ölkədə müsəlman mədəniyyəti var. Demək olar ki, hər şey fərqlidir. Buna görə də mənim üçün uyğunlaşmaq çətin idi”. 

 

Qeyd edək ki, "Hetafe"nin yetirməsi olan ispaniyalı futbolçu "Bakı"da 2013/2014 mövsümündə 19 oyuna 1 qol vurub. Alberto 2009-2012-ci illərdə "Atletiko"nun heyətində olub.

Tarix: 9 Yanvar [00:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio