Ağasəlim Mircavadov milli komandanı çalışdıracaq? AÇIQLAMA

11:45 - 16 Yanvar 2019

AFFA milli komandalara baş məşqçi axtarışlarını davam etdirir.

 

Əcnəbi mütəxəssislərlə danışıqlar müsbət tamamlanmır. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı şərt qoyan AFFA rədd cavabı alır.

 

Sportinfo.az saytının iddiasına görə, AFFA-nın B planı hazırdı. Əcnəbi mütəxəssislərlə razılıq əldə olunmazsa, görəvin Ağasəlim Mircavadova tapşırılması düşünülür. Hazırda AFFA Məşqçilər Şurasının üzvü olan təcrübəli məşqçi məsələdən hali və məmnundu. O, federasiya rəsmiləri ilə söhbətində yığmanın sükanı arxasına keçməyə hazır olduğunu bildirib. 

 

Lakin Sportal.az-a açıqlama verən 71 yaşlı mütəxəssis bu məlumatı təkzib edib: "Bir həftədir xəstələnmişəm, evdən kənara çıxmıram. Bu yaşda nə milli komanda?"

 

Qeyd edək ki, Ağasəlim Mircavadov 1993-1995-ci illərdə millimizi çalışdırıb.

Xəbər xətti