İstanbul derbisində qollu heç-heçə VİDEO

00:28 - 15 Aprel 2019

Türkiyə Super Liqasında 28-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" evdə "Qalatasaray"la qarşılaşıb. İstanbul derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Super Liqada turnir cədvəlinə 61 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 56 xalla 2-ci, "Beşiktaş" 53 xalla 3-cü, "Trabzonspor" 49 xalla 4-cüdür. 33 xalı olan "Fənərbaxça" 14-cü sırada qərarlaşıb.

 

"Fənərbaxça" - "Qalatasaray" - 1:1

Qollar: Elyif Elmas, 71 - Henri Onyekuru, 66

Qırmızı vərəqə: Hasan Ali Kaldırım, 44 ("Fənərbaxça")

 

 

 

Xəbər xətti