"Zirə"də ciddi itki: "Qarabağ"la oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın qapıçısı Kamal Bayramov zədə səbəbindən oyunu buraxmalı olacaq. 33 yaşlı əlcək sahibinin mayın 1-də "Sumqayıt"la Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə yetişəcəyi gözlənilir.

 

"Zirə"nin "Qarabağ"la oyunda qapısını 21 yaşlı Abdulla Seyidəhmədov qoruyacaq. İkinci qapıçı Orxan Sadıqlı cəzalı durumda olduğu üçün baş məşqçi Samir Abasovun 1 seçim variantı qalıb.

 

"Zirə" - "Qarabağ" oyunu aprelin 27-də, saat 16:30-da baş tutacaq.

Tarix: 25 Aprel [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio