Klopp: "Oyunumuzdan razı qaldım, nəticə isə qane etmədi"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis komandasının oyununda razı qaldığını, lakin nəticədən məmnun olmadığnı vurğulayıb: "Futbol belədir. Hər şey vurulan qola əlaqəlidir. Bizə 3 qol vurdular, ancaq cavab verə bilmədik. Rəqibin performansı əla idi. Bizim də oyunçularımız yaxşı idi. Oyunumuzdan razı qaldım, nəticə isə qane etmədi. Çoxlu qon şansları yaratdıq, onları problemlərlə üz-üzə qoyduq. Bundan daha yaxşı oynaya bilərdik? Bunu bilmirəm. Oyun bitib, nə danışsam da, nəticə dəyişməyəcək. Premyer Liqada "Nyukasl"la səfər oyunumuz var. Ev oyunumuzda nələr olacağını görəcəyik".

 

Cütün cavab oyunu ayın 7-də baş tutacaq.

Tarix: 2 May [14:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio