"Atletiko"dan ayrıldığını açıqladı

17:22 - 7 May 2019

İspaniyanın "Atletiko" klubu mövsümün sonunda Dieqo Qodinlə yolları ayıracağını açıqladı.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi mətbuat konfansında vida sözlərini deyərkən göz yaşlarına hakim ola bilməyib: "Atletiko" mənim ailəm, evim, klubumdur. Möhtəşəm günlər keçirdim, təşəkkürlər! Burda qalmağımla bağlı çox görüşdük, ancaq anlaşa bilmədik".

 

"Atletiko" Qodini 2010-cu ildə "Vilyarreal"dan 8 milyon avroya transfer etmişdi. Uruqvay millisinin üzvü yeni mövsümdən İtaliyanın "İnter" klubunda çıxış edəcək.

Xəbər xətti