Joze Mourinyo: "PSJ-ni çalışdırmağım imkansızdır"

"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan portuqaliyalı baş məşqçi Joze Mourinyo açıqlama verib.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis adının Fransanın PSJ klubu ilə hallanmasına münasibət bildirib: "Mənim PSJ-ni çalışdırmağım imkansızdır, çünki baş məşqçisi ola komandada işləyə bilmərsiniz. PSJ önəmli ulduzları olan, ancaq Avropada titul qazanmamış klubdur. Bu, vacib amildir. Baş məşqçilər üçün də eyni haldır. Yüksək bacarığa malik ola bilərsiniz, ancaq Avropada kubok əldə etməmisinizsə, deməli, önəmli əskikliyininz var".

 

PSJ cari mövsüm Fransa çempionu olub. Paris təmsilçisi Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə məğlub olaraq, mübarizəni dayandırıb.

Tarix: 15 May [17:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio