Samir Abasov 60 milyon avroluq futbolçudan imtina etdi

Ötən mövsüm Portuqaliyanın "Sportinq" klubundan "Zirə"yə bir illik icarə əsasında keçən Budaq Nəsirov paytaxt klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Samir Abasov Azərbaycan millisinin üzvünün xidmətində maraqlı olmayıb. 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Lissabon klubuna qayıdacaq. "Sportinq"in Nəsirovla yola davam edib-etməyəcəyi bəlli deyil.

 

Budaq Premyer Liqada başa çatan mövsüm ərzində 12 oyun (642 dəqiqə) keçirib.

 

Azərbaycanda Şahin Diniyevin rəhbərliyi altında "Kəpəz"də parlayan futbolçu 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var və sərbəst qalma dəyəri 60 milyon avrodur.

Tarix: 16 May [11:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio