De Yonq: "Messi ilə məşqlərə başlayacağım günü iplə çəkirəm"

16:09 - 16 May 2019

Yeni mövsümdən "Barselona"da çıxış edəcək "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq kataloniyalıların kapitanı Lionel Messi ilə birgə oynamaq üçün günləri sayır.

 

Sportal.az xəbər verir ki, hollandiyalı futbolçu Messiylə məşqlərə başlayacağı günü gözlədiyini deyib:

 

"Messi ilə məşqlərə başlayacağım günü iplə çəkirəm. Fikrimcə, mən ona ancaq ötürmə edəcəm. "Barselona"da necə oynayacağımı maraqla gözləyirəm. Özümə güvənirəm. Dünyanın ən güclü futbolçusu olan Messidən nəsə öyrənmək istəyirəm. De Liqt də "Barselona"ya keçəcək? Bunu bilmirəm. Karyerası ilə bağlı qərar özünə məxsusdur. Onunla "Barselona"da komanda yoldaşı olmaq möhtəşəm olar".

 

"Barselona" 22 yaşlı futbolçunun transfer üçün "Ayaks"a 75 milyon avro ödəyib. De Yonq başa çatan mövsümdə 51 oyuna 4 qol vurub, 3 assist edib.

Xəbər xətti