Kapitan "Mançester Siti"dən getdi

12:17 - 19 May 2019

İngiltərənin "Mançester Siti" klubunda ilk ayrılıq reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kapitan Vensan Kompani Mançester təmsilçisi ilə başa çatan müqaviləsini uzatmayıb. Belçika millisinin üzvü azad agent statusuna yiyələnib.

 

33 yaşlı müdafiəçi 2008-ci ildə Almaniyanın "Hamburq" klubundan "şəhərlilər"ə keçmişdi. Kompani 11 il ərzində 360 oyun keçirib və 20 qol vurub. O, 4 dəfə Premyer Liqa çempionluğu yaşayıb.

Xəbər xətti