"Qəbələ"də "Sumqayıt"la oyundan öncə daha bir şok itki

16:45 - 19 May 2019

Azərbaycan kubokunun finalında "Sumqayıt"la qarşılaşacaq "Qəbələ" daha bir ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnı oyun öncəsi isinmə hərəkətləri zamanı zədələnib. Əzələsini dartan ukraynalı qolkiper start heyətdə yer almayacaq. Onun əvəzinə meydana Anar Nəzirov çıxacaq.

 

"Qəbələ"nin bombardiri Ceyms Adeniyi xəstələndiyi üçün bu görüşün iştirakçısı olmayacaq. Amin Seydiyevlə albaniyalı yarımmüdafiəçi Sabien Lilay isə cəzalı durumdadır.

 

Naxçıvanda keçiriləcək "Qəbələ" - "Sumqayıt" finalı saat 17:00-da başlayacaq.

Xəbər xətti