Sənan Qurbanovun köməkçiləri "Qəbələ"dən göndərildi

14:14 - 24 May 2019

"Qəbələ"də kütləvi ayrılıqlar davam edir.

 

Sportal.az xəbər verir ki, Sənan Qurbanovu baş məşqçi postunda saxlayan Azərbaycan Kubokunun son qalibi əcnəbi mütəxəssislərlə yollarını ayırıb.

 

Bunlar ukraynalı məşqçilər - fiziki hazırlıq üzrə Vladimir Şeludkoyla qapıçılarla işləyən Aleksandr Qluşenkodu. Şeludko eyni zamanda zədəli futbolçuların reabilitasiyası ilə məşğul idi.

 

"Qəbələ"nin texniki personalında da gedişlər olub. Belə ki, ukraynalı həkim Roman Jolobaylyukla da yollar ayrılıb. 

 

"Qəbələ" müqavilələrinin müddətini uzatmadığı bu ukraynalılar hələ həmyerliləri Roman Qriqorçuk baş məşqçi təyin olunanda dəvət olunmuşdular. (sportinfo.az)

Xəbər xətti