"Şaxtyor"un yeni baş məşqçisi rəsmən bəlli oldu

16:50 - 12 İyun 2019

Ukraynanın "Şaxtyor" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi postuna Luiş Kaştro gətirilib. Portuqaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

 

57 yaşlı mütəxəssis bu vəzifədə "Roma"ya üz tutan Paulu Fonseskanı əvəz edib.

 

Kastronun son iş yeri Portuqaliyanın "Vitoriya Qimarainş" klubu olub.

Xəbər xətti