Pep Qvardiola: "Mançester Siti"nin transferlərə çox pul xərclədiyini söyləyirlər"

13:07 - 13 İyun 2019

İngiltərə Premyer Liqasında son iki mövsümün qalibi olan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis "Çelsi"nin futbolçusu Eden Hazardın 100 milyon avro qarşılığında "Real"a transfer olması barədə danışıb:

 

"Real" Hazardı almaqla çox yaxşı transfer reallaşdırdı. Ancaq hamı "Mançester Siti"nin transferlərə çox pul xərclədiyini söyləyir. Hazard mükəmməl futbolçudur, İspaniya çempionatına rəng qatacaq".

 

Qvardiola sabiq klubu "Barselona" barədə fikirlərini bildirib:

 

"Ernesto Valverde tənqid edilir, çünki Çempionlar Liqasını qazana bilmədi. Bu titulu qazanmasan zəif olduğunu deyirlər, ancaq son 25 ilə baxanda işlər fərqlidir. "Barselona" liqada "Real", "Sevilya", "Valensiya", "Atletiko" və "Selta" kimi möhtəşəm klublarla mübarizə apardı. La Liqada üstünlük qazanmaq çətindir".

 

Qvardiola Messinin "Barselona"dan ayrılmaq ehtimalının olmadığını söyləyib:

 

"Messi? Onun barədə çox danışmayacam. O, "Barselona"da qalacaq".

Xəbər xətti