Dario Frederiko "Neftçi"yə dönür

15:40 - 13 İyun 2019

"Neftçi" ötən mövsüm qış fasiləsində yolları ayırdığı Dario Frederikonu geri qaytarır.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Cənubi Koreyanın "Daequ" klubu ilə müqaviləsinə xitam vermək üçün danışıqların son mərhələsindədir. O, elita təmsilçisində oynamadığı üçün klubu tərk etmək istəyir.

 

Əvəzedici heyətə göndərilən futbolçuya "Neftçi" təklif göndərib. Dario paytaxt klubuna qayıtmaq üçün ilkin razılıq verib. Yalnız Darionun "Daequ" ilə müqaviləsini ləğv etməsi qalıb. Bu da reallaşandan sonra 27 yaşlı vinger "ağ-qaralar"la 2 illik müqaviləyə qol çəkəcək.

 

"Daequ" ilin əvvəlində Darionun keçidi üçün "Neftçi"yə 130 min avro təzminat ödəmişdi.

 

Xəbər xətti