"Vest Hem" 50 milyonluq transferə hazırlaşır

18:20 - 9 İyul 2019

Marko Arnautoviçi Çinə göndərən İngiltərənin "Vest Hem" klubu hücumçu axtarışlarını davam etdirir.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, londonlular İspaniyanın "Selta" klubunun hücumçusu Maksi Qomesi transfer hədəfinə alıb. "Çəkicdöyənlər" uruqvaylı forvardın 50 milyon avroluq sərbəst qalma dəyərini ödəməyə hazırdır.

 

22 yaşlı futbolçunun Viqo təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var. Qomes son iki mövsümdə oyuna 30 qol vurub, 11 assist edib.

Xəbər xətti