"Roma"nın sabiq futbolçusu Türkiyə klubunda

19:45 - 10 İyul 2019

Türkiyənin "Alanyaspor" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Alanya təmsilçisi İtaliyanın "Empoli" klubundan ayrılan Salih Uçanı transfer edib. Türkiyə millisinin üzvüylə 2 illik müqavilə imzalanıb.

 

25 yaşlı yarımmüdafiəçi "Bucaspor", "Fənərbaxça", "Roma", "Sion" klublarında da çıxış edib.

Xəbər xətti