"Arsenal" - "Neftçi" matçının biletləri tükəndi

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rusiyanın "Arsenal" klubunun qonağı olacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmaya maraq böyükdür. "Arsenal" stadionunda baş tutacaq oyun üçün satışda 1683 bilet qalıb. Stadionun azarkeş tutumu isə 19 min 241 nəfərdir.

 

Tezliklə satışda qalan biletlərin də satılacağı ehtimal olunur.

 

"Arsenal" - "Neftçi" oyunu iyulun 25-i, Bakı vaxtı ilə 21:00-da baş tutacaq.

Tarix: 23 İyul [16:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio