Almaniya millisinin sabiq üzvü "Fənərbaxça"da

21:56 - 2 May 2024

"Fənərbaxça" yayda heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Fatih Karagümrük"də çıxış edən Levent Mercanın transferini həll edib. Bu barədə "Ajansspor" məlumat yayıb.

"Fənərbaxça" 23 yaşlı sol cinah müdafiəçisi üçün onun klubuna 2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Fatih Karagümrük" Levent Mercanı 2022-ci ilin yayında "Şalke"dən transfer edib. Almaniya U-20 millisinin sabiq üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi mayçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti