London nəhəngləri "Beşiktaş"ın hücumçusunu transfer etmək istəyir

20:51 - 2 May 2024

"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Vest Hem" 18 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi yaxın zamanda gənc forvard üçün "Beşiktaş"a rəsmi təklif göndərəcək. "Qara qartallar" türk oyunçunu 25 milyon avroya satmağa hazırdır.

Xəbərdə "Arsenal" və "Tottenhem"in də Semihlə maraqlandığı qeyd olunub.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti