Fransa millisində ciddi itki - Avro-2024-də oynamayacaq

20:20 - 2 May 2024

PSJ-nin heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Lukas Ernandes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı sol cinah müdafiəçisinin ön çarpaz bağları qopub. 28 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq. O. Avro-2024-də Fransa milli komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Lukas Ernandes bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti