"Liverpul" ekvadorlu müdafiəçini transfer edib icarəyə verəcək

17:28 - 2 May 2024

"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Ayntraxt"da çıxış edən Villian Paçonu transfer etmək niyyətindədir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Liverpul" ekvadorlu mərkəz müdafiəçisi üçün təxminən 50-60 milyon avro ödəməyə hazırdır. İngiltərə klubu 22 yaşlı futbolçunu transfer etdikdən sonra onu bir mövsümlük "Ayntraxt"a icarəyə verəcək. Arxa xətt oyunçusu daha sonra yeni komandasına qoşulacaq.

Qeyd edək ki, "Ayntraxt" Villian Paçonu mövsümün əvvəlində "Antverpen"dən transfer edib. Ekvador millisinin üzvü Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti