Mövsümün sonunda "Beşiktaş"la müqaviləsi başa çatan Cenk Tosun karyerasını İstanbulun digər klubunda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" yayda azad agent statusunda olacaq 32 yaşlı forvardı transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Fənərbaxça" "qara qartallar"ın yeni sözləşmə təklifini qəbul etməyən təcrübəli hücumçu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Beşiktaş" Cenk Tosunu 2022-ci ilin yayında "Everton"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi