"Mançester Yunayted" fransalı ilə yollarını ayıracaq

12:34 - 15 May 2024

"Mançester Yunayted" Rafael Varanın mövsümün sonunda klubdan ayrılacağını rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, Mançester təmsilçisi fransalının müqavilə müddətini artırmayacaq.

"Qırmızı şeytanlar"ın rəhbərliyi fransalının performansından narazı olduğu üçün bu addımı atıb.

Varan 2021-ci ilin avqustunda "Mançester Yunayted"ə keçib və 93 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

31 yaşlı müdafiəçi "Lans" və "Real"da da oynayıb.

Xəbər xətti