"Neftçi" bəzi legionerlərini komandada saxlamaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” Kilan Lebona yeni müqavilə təklif edəcək.
Premyer Liqa təmsilçisi 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalamağı planlaşdırır.
Lebonun da “Neftçi”də qalmağa müsbət yanaşdığı iddia olunur.
Sen-Martin millisinin üzvünə Qazaxıstan klublarından da maraq var. Lebon “Paris”, “Ayaçço”, “Kretey”, “Beroe”, “Astana” klublarında oynayıb.
Lebon 2023-cü il yanvarın 19-da "Astana"dan "Neftçi"yə keçib. Onun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi