Xorvatiya mətbuatı “Dinamo”nun ölkə çempionatının son turlarının oyunlarında şans qazana biləcək futbolçuları haqda yazarkən, komandanın azərbaycanlı hücumçusu Mahir Emreli də diqqət çəkib.
Sportal.az "24sata"a istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız millimizin üzvünə şans veriləcəyini iddia edir:
"Tarix boyu “Dinamo” tez-tez son turlarda azarkeşləri və ictimaiyyəti öz yeni inciləri ilə təmin edirdi, eyni zamanda əsas heyətin oyunçularına istirahət verilirdi. Beləliklə, heyətə qayıdan Roq, Emreli və Stoykoviç də istedadlı gənclər kimi, şübhəsiz ki, oyun dəqiqələri qazanacaqlar".
Əlavə edək ki, Emreli zədəsini sağaltsa da, oynamaq şansı qazanmır.
saytlarin hazirlanmasi