"Musa Qurbanlının yaxşı futbolçu olduğunu qətiyyətlə deyə bilərəm"

12:49 - 15 May 2024

Azərbaycanda oynamış azsaylı isveçlilərdən olmuş Sebastyan Kastro-Tello Sportal.az saytına açıqlama verib.

Hazırda futbol agenti kimi çalışan "Hammarbü" və "Rəvan"ın keçmiş üzvü İsveçdə legioner həyatı yaşayan "Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlı barədə danışıb:

"Musa Qurbanlı bu mövsüm çox güclü komandada oynayır. "Yurqorden" bu mövsüm olduqca güclüdür və komanda hazırda da ikinci pillədədir. Musanın oynamaması barədə bir söz deyə bilmərəm. Çünki komandanın baş məşqçisi var. Amma mən Musanın yaxşı futbolçu olduğunu qətiyyətlə deyə bilərəm. O, meydana çıxanda da gücünü göstərir. Bəzən ehtiyatda oturduğundan da xəbərdaram. Amma futboldur da, belə şeylər olur. Əminəm ki, o, daim öz üzərində çalışır və həmişə əsas heyətdə yer almağa çalışır. Hər halda, o çox yaxşı komandanın futbolçusudur və ona da şans gələcək".
 

Xəbər xətti