"Borussiya" "Barselona"nın futbolçusunu transfer hədəfinə aldı

18:05 - 26 İyul 2019

"Barselona" ötən yay "Bordo"dan 41 milyon avroya transfer etdiyi Malkomla yolları ayırmağa hazırlaşır.

 

Sportal.az "Goal"a istinadən xəbər verir ki, Almaniyanın "Borussiya" klubu braziliyalı vingeri heyətinə qatmaq istəyir. Dortmund təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün 42 milyon avrosundan keçməyə hazırdır.

 

Malkomla "Everton"la "Tottenhem"in də maraqlandığı bildirilir.

 

Gənc oyunçunun kataloniyalılarla müqavilə müddəti 2023-cü ilə qədərdir.

Xəbər xətti