ÇSKA "Kristal Pelas"ın ilk təklifini rədd etdi

İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas" Rusiyanın ÇSKA klubunun hücumçusu Fedor Çalovun keçidi üçün qarşı tərəfə 15 milyon avro təklif edib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Moskva təmsilçisi təklifi qəbul etməyib. "Hərbçilər" məbləğin artırılmasını istəyib.

 

Daha öncə Böyük Britaniya mətbuatı 21 yaşlı forvardla "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Latsio", "Monako" və "Valensiya"nın da maraqlandığını yazırdı.

 

"Ordu" klubunun yetirməsi olan rusiyalı futbolçu peşəkar karyerasına ÇSKA-da başlayıb. Çalov ötən mövsüm 37 oyuna 17 qol vurub, 7 assist edib. Rusiya yığmasının üzvünün ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Tarix: 2 Avqust [16:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio