AFFA-nın yeni yaratdığı liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək

2019/2020-ci illər mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək.

 

Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.

 

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi olmayacaq. 

 

Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər. Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.

 

Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.

Tarix: 14 Avqust [17:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio