"Beşiktaş" Konoplyankanı transfer edir

18:48 - 20 Avqust 2019

"Beşiktaş"ın Almaniyanın "Şalke" klubunun vingeri Yevgen Konoplyankanı transfer etmək üzrədir.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi ukraynalı futbolçunun keçidi üçün 3 milyon avro təzminat ödəyəcək. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. Konnoplyanka illik 2,5 milyon avro maaş alacaq.

 

Peşəkar karyerasına "Dnepr"də başlayan futbolçu 2015-ci ildə "Sevilya"ya transfer olmuşdu. "Şalke" Konoplyankanı 2016-cı ildə əndəlüsiyalılardan icarəyə götürmüşdü və sonradan 12 milyon avro ödəyib, transfer hüququna yiyələnmişdi.

Xəbər xətti