"Milan" xorvatiyalı futbolçunu göndərdi

16:07 - 23 Avqust 2019

"Milan"da ayrılıq baş verib.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, "Qırmızı-qaralar" xorvatiyalı müdafiəçisi İvan Ştriniçlə yolları ayırıb. 31 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Ştriniç ötən yay "Sampdoriya"dan "Milan" keçib, 2 illik müqavilə imzalamışdı. Xorvatiya millisinin üzvü ürəyindəki problemlərə görə heyətdən kənar qalmışdı.

Xəbər xətti